“Subaru” sürənlər! 52 mindən çox avtomobil geri çağırılıb

0
300

“Subaru Motor” şirkəti Rusiyada 52 mindən çox avtomobili geri çağırıb.

Terefsiz.az -ın məlumatına görə, qərar mühərrikin klapan yaylarının mümkün dağılması ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2009-2016-cı illərdə istehsal olunmuş “Impreza”, “Forester”, XV və BRZ modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

İstinad: Trend.az

Terefsiz.az