Şəhriyar Məmmədyarov beynəlxalq turnirə 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb

0
117

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb.

37 yaşlı qrossmeyster “Chessable Masters” adlanan turnirin ilk günündə 4 görüş keçirib.

İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Forestlə (Niderland) heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada Abhimanyu Mişraya (ABŞ) uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.Şahmatçımız əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.

 

TEREFSİZ.AZ