İran ordusunun polkovniki Tehranda öldürülüb

0
120

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) polkovniki Səyyad Xudayari qətlə yetirilib.

“TEREFSİZ.AZ” bu barədə İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, polkovnik şəxsi avtomobilinin sükanı arxasında olarkən ona atəş açıblar.

Beş güllə yarası alan Xudayari yerindəcə ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

TEREFSİZ.AZ