Aİ-nin ali nümayəndəsi: “Ukraynada müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb”

0
129

Avropa İttifaqı ölkələrinin hərbi texnika ehtiyatları Ukraynaya yardımın göstərilməsi ilə əlaqədar tükənib.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel öz bloqunda yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun potensialını gücləndirmək üçün davam edən səyləri dəstəkləmək lazımdır.

“Biz resursları və təchizatı artırmalıyıq. Və deməliyəm ki, hazırda bu dəstək kritikdir, çünki müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb və biz Ukraynanın texnikasının tükənməsinə imkan verə bilmərik və buna imkan verməyəcəyik”.

 

TEREFSİZ.AZ