Azərbaycanda buraxılan plastik kartların sayında artım var

0
74

Azərbaycanda buraxılan plastik kartların sayı 2022-ci ilin aprel aynın sonuna 11.9 mln ədəd təşkil edib ki, buda ötən ay ilə müqayisədə 1.1% artım deməkdir.

“TEREFSİZ.AZ” Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycanda buraxılan plastik kartların 3 mln 511 min və ya 29%-i sosial kartlar, 2 mln 647 min və ya 22%-i əmək haqqı kartları, 1 mln 521 min və ya 12.8%-i kredit kartları, 4 mln 222 min və ya 35%-i isə digər kartlardır.

Qeyd edək ki, ötən 1 ay ərzində əmək haqqı kartları 0.9% , kredit kartları 1.4%, digər kartlar 2.4% artıb. Sosial kartların sayında isə 0.3% azalma var.

 

TEREFSİZ.AZ