” İşıqlar – Uşaqlar ” Bənövşə Mahmudqızı

0
356

” İşıqlar – uşaqlar ”

İşıqlarımız sönməsin,
Qaranlığa dönməsin
Çevrəmiz.
Kifayət qədər qaranlıq,
İndiki vəziyyətimiz.
Tunelin sonundakı
Həmin o işıq,
Gələcəyimizdəki yaraşıq,
Bilirsiniz, kimlərdir?
Müəllimlər, həkimlərdir?
Ya polislər, hakimlər?
Yoxsa dilənçi, qatillər?
Əslində heç biri,
Əslində hər biri.
Olsa da başımız
nə qədər qarışıq,
Tutaq əllərindən,
Öpək gözlərindən,
Söylənilən sözlərindən
Yan keçməyək,
Heç bilməyək.
İşıqlarımız sönməsin,
Uşaqlarımız ölməsin!
Ölməsin, körpə arzular,
Almasınlar travmalar
Balaca-balaca oğlanlar,
Balaca-balaca qızlar.
Əskik olmasın körpə gülüşlər,
Həmişə gülsünlər, gülüşsünlər.
Uşaqlar, uşaqlar…
Tunelin sonundakı həmin işıqlar,
Gözəlliklər, yaraşıqlar,
Uşaqlardır, uşaqlar!

Bənövşə Mahmudqızı