Qarabağda qanunsuz qazıntı işləri aparan şirkətlərin aid olduğu ölkələr məlum olub

0
163

Azad olunan ərazilərdə əvvəl faydalı qazıntı yataqlarının istismarında xarici şirkətlər yaxından iştirak edib.

“TEREFSİZ.AZ” “Reporta”  istinadən xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, bu şirkətlər Hindistan, ABŞ, Kanada, Rusiya və digər ölkələrə aiddir: “Hazırda zərərin qiymətləndirilməsi işləri gedir. Rəqəmlər əldə edildikdən sonra beynəlxalq hüquq çərçivəsində Ermənistana qarşı təzminat davası açıla bilər”.

 

TEREFSİZ.AZ