Günter Ştayner: “Bakıdakı yarış “Formula 1″ təqvimində uzun müddət qalacaq”

0
103

“Bakı barədə ilkin təəssüratlarımı xatırlayıram. Həmin vaxt ora getməyi planlaşdırmamışdım. İndi isə düşünürəm ki, Azərbaycan Qran-prisi “Formula 1″ təqvimində uzun müddət qalacaq”.

“TEREFSİZ.AZ”ın məlumatına görə, bunu “Haas” komandasının rəhbəri Günter Ştayner “f1news” nəşrinə müsahibəsində deyib.

57 yaşlı funksioner Bakı treki barədə fikirlərini bölüşüb: “Tras həqiqətən də iki yerə bölünüb: çox sürətli və çox əyri. Fikrimcə, biz əhəmiyyətli inkişafa nail ola bilmişik. İspaniyada maşınların quruluşuna optimal yanaşma tapıblar və indi onlar müxtəlif tip trasların öhdəsindən pis gəlmirlər. Bakıda onları yaxşı kökləmək lazımdır. Düşünürəm ki, biz yaxşı nəticə uğrunda mübarizə apara bilərik. İspaniyada da, Monte Karloda da yaxşı nəticəyə ümid edirdik. Amma şərtlər başqa cür alındı. Yenidən trasda işə dönməkdən ötrü qarşıdakı həftəsonunu səbirsizliklə gözləyirəm”.

Ştayner bir qitədən digərinə uçmağın onlara çətinlik yaratdığını söyləyib: “Bu, uzun səyahətdir və həyata keçirməkdən ötrü komandaya daha çox səy göstərməlidir. Kollektiv ahəngdar və effektiv işləməlidir. Amma cəmi bir neçə gün ərzində bütün avadanlıqları eyni trasa çatdırmaq və hazırlamaq, daha sonra seçmək və növbəti yarışa yollanmaq lazımdır. Bu, asan deyil. Hər hansı maşın xəsarət alsa, vəziyyət daha da çətinləşəcək. Bakıda belə haldan yayınacağımıza ümidvarıq. Növbəti mövsüm üçün planlara gəldikdə, yarışları regional prinsiplə birləşdirməyimiz daha yaxşı olar. Bilirəm ki, Stefano Domenikali bundan ötrü çox iş görür və 2023-cü ilin təqvimi düzgün təşkil olunacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək. 17 – 19 iyunda isə “Formula 1” pilotları Kanadada yarışacaqlar.

 

TEREFSİZ.AZ