Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim olunub

0
97

Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində “Doing business in Azerbaijan” mövzusunda panel müzakirələr keçirilib.

AZPROMO, Ələt Azad İqtisadi Zonası, BP və Britaniya Palatasının nümayəndələrinin iştirak etdiyi müzakirələr biznes mühitinin davamlı yaxşılaşdırılması, qarşılıqlı investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat və infrastruktur kimi sahələrdə əməkdaşlığa həsr olunub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb, artan maliyyə imkanları ölkəmizi investora çevirib.

AZPROMO-nun rəhbəri Böyük Britaniya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbir çərçivəsində müzakirələr aparılıb, iştirakçıların sulları cavablandırılıb.

TEREFSİZ.AZ