Şabranda 25 yaşlı gənc qətlə yetirilib.
Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
TEREFSİZ.AZ