Azərbaycanda 11 nəqliyyat vasitəsi özəlləşdirilib

0
141

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 1 obyekt və 11 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə TEREFSİZ.AZ Dövlət Xidmətinə istinadən vəbər verir.

Məlumata görə, özəlləşdirilən obyekt Yevlax şəhərində yerləşən 14 saylı yeməkxanadır. Əmlakın ümumi faydalı sahəsi 95,2 kvadratmetrdir. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3xK9aXp )

Qeyd edək ki, cari ay üzrə növbəti hərrac iyunun 28-də keçiriləcək. Hərraca 7 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq.

TEREFSİZ.AZ