“terefsiz.az” “banker.az”a istinadən bildirir ki, Azərbaycanda 2022-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şirkətləri öncəki illərdən daha böyük risklərlə üz-üzədir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin siniflər üzrə icmal göstəricilərinə istinad edir.
İndi şirkətlərin sığorta yığımlarında cari ilin yanvar-may ayı üzrə 5% artım olduğu halda, ödənişlərin həcmi 38% artıb.
Qeyd edilir ki, 2022-ci ilin ilk beş ayında 39.33 milyon manatlıq sığorta haqqı yığıldığı halda, sığortaçılar 35.94 milyon manatlıq ödənişlər həyata keçirib. Bu da onların permyaları ilə ödənişləri arasında fərqin 3.39 milyon manata düşməsi deməkdir.
2021-ci ildə 37.6 milyon manat sığorta haqqı yığılmış, buna qarşılıq cəmi 26.07 mln. manatlıq ödəniş həyata keçmişdi. Yığımlar və ödənişlər üzrə fərq 11.53 milyon manat olmuşdu. Bu fərq 2019-cu ilin eyni dövründə 12.86 mln., 2020-ci ildə isə 10.75 milyon manat idi.
Bu fərqin, bir növ mənfəətliliyin azalması, onları bu işdə maraqlarının azalmasına gətirib çıxarır.
Azərbaycanda sığorta şirkətləri ötən ilin avqustundan sonra özləri üçün icbari avtosığorta üzrə yeni qayda çıxarıblar. Bir neçə sığortaçı “daxili qaydalara uyğun” olaraq kiçik mühərrikli avtmobillərin sığortalanmasına yaxın durmurlar. Bu siyahıda “Günay Sığorta”, “PAŞA Sığorta”, “AzSığorta” və “Xalq Sığorta”nın adları çıxmışdı.
Azərbaycan Mərkəzi Bankı kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq.
Araşdırıldıqda isə məlum olur ki, sən demə kiçik mühərrikli avtomobillərin əksəriyyəti şəhərdə taksi fəaliyyəti ilə məşğuldur və sığortaçılara görə, onların digərlərindən daha çox qəza keçirmə şansı var.
2022-ci ilin ayların üzərindən nəzər yetirdikdə müşahidə edilir ki, bu il sığorta ödənişləri kəskin artıb. Məsələn 2022-ci ilin fevralında 6.92 mln. manat sığrta premiyasına qarşı 6.87 mln. manatlıq ödəniş baş tutub. Yəni cəmi 43 min manatlıq gəlirlilik?!
İcbari Avtosığorta üzrə göstəricilər, min manat |
|||
Tarix | Sığorta haqqları | Sığorta ödənişləri | Fərq |
Yanvar 2020 | 6,925 | 6,059 | 866 |
Fevral | 6,590 | 6,418 | 172 |
Mart | 5,858 | 3,848 | 2,009 |
Aprel | 6,853 | 4,664 | 2,189 |
May | 9,030 | 3,511 | 5,518 |
İyun | 8,897 | 4,105 | 4,792 |
İyul | 9,548 | 4,180 | 5,368 |
Avqust | 8,742 | 4,142 | 4,600 |
Sentyabr | 8,341 | 5,294 | 3,047 |
Oktyabr | 7,989 | 4,798 | 3,191 |
Noyabr | 7,013 | 4,558 | 2,456 |
Dekabr | 7,508 | 5,002 | 2,506 |
Yanvar 2021 | 7,106 | 4,708 | 2,398 |
Fevral | 6,741 | 5,100 | 1,641 |
Mart | 6,978 | 4,982 | 1,996 |
Aprel | 7,887 | 6,658 | 1,228 |
May | 8,888 | 4,620 | 4,268 |
İyun | 9,158 | 6,010 | 3,148 |
İyul | 9,800 | 6,344 | 3,456 |
Avqust | 9,545 | 7,178 | 2,367 |
Sentyabr | 8,722 | 7,544 | 1,178 |
Oktyabr | 8,427 | 6,802 | 1,625 |
Noyabr | 7,957 | 7,095 | 862 |
Dekabr | 8,358 | 7,057 | 1,300 |
Yanvar 2022 | 7,366 | 6,620 | 746 |
Fevral | 6,917 | 6,873 | 43 |
Mart | 7,423 | 7,206 | 217 |
Aprel | 8,272 | 8,205 | 66 |
May | 9,356 | 7,038 | 2,318 |
TEREFSİZ.AZ