Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib

0
167

“Terefsiz.az” “Report”a istinadən bildirir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

“Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”, – İdarədən qeyd edilib.

Xatırladaq ki,Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə çəkilmiş videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edirdi. Görüntülər sosial şəbəkələrdə etirazalara səbəb olmuşdu.

TEREFSİZ.AZ