İtaliya “Milan”ı heyətini yeni futbolçu ilə gücləndirib.
“Terefsiz.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, “rossonerilər” Belçika millisinin hücumçusu Divok Origini heyətinə qatıb.
27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Divok Originin son klubu İngiltərə “Liverpul”u olub. O, “Milan”a azad agent kimi keçib.
terefsiz.az