NATO-nun bir neçə üzvü artıq İsveç və Finlandiyanın üzvlüyünü təsdiqləyib

0
103

Böyük Britaniya,Kanada və Estoniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.

Qeyd edək ki, ötən gün İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlük protokollarını imzalayıblar. Sənədi ilk təsdiq edən dövlət Kanada olub.

Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.

Estoniya İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokolları ratifikasiya edib.

“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bu məqsədlə qanunverici orqanın növbədənkənar iclası çağırılıb.

Estoniyalı parlamentarilər qərarı yekdilliklə qəbul ediblər, əleyhinə və bitərəf olmayıb. Yalnız üç deputat səsverməyə qatılmayıb.

terefsiz.az