Teymur Rəcəbov: “Bu turniri içində köpək balıqları olan hovuza bənzədirəm”

0
141

“İddiaçılar Turnirini hər zaman içində kömək balıqları olan hovuzla müqayisə etmişəm. Sizə elə gəlir ki, gənc oyunçular tamaşaçı kimi içəri girib şahmatın necə oynanıldığını soruşacaqlar. Amma onlar bir səhvinlə səni öldürməyə hazır görünürlər”.

“Terefsiz.az”ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilmiş İddiaçılar Turnirindən sonra baş tutan mətbuat konfransında deyib.

Turniri 3-cü pillədə başa vuran 35 yaşlı qrossmeyster bildirib ki, rəqiblərin bu cür təzyiqinə, aqressiyasına qarşı durmaq bir tərəfdən çox çətindir: “Amma mənim vəziyyətimdə bu, əslində daha yaxşıdır. Çünki adətən əks oyunları xoşlayıram. Ona görə də turnir mənim üçün pis deyildi. İşi erkən bitirməyə çalışdım. Lakin ən yaxşıara qarşı oynamaq həmişə çətin olur. Hər şey fərqli ola bilərdi. Düşünürəm ki, mənimlə bağlı hər şey qaydasındadır”.

O, ilk 7 turda inamsız təsir bağışladığını etiraf edib: “Amma sonradan daha yaxşı oynamağı bacardım. Mənim üçün ən vacibi bu vəziyyətdə sınmamaq idi. Təsəvvür edin, əvvəlcə birincilik şansınızın olmadığını düşünürsünüz, sonra isə yalnız bunun uğrunda vuruşursunuz. Turnirin gedişində dünya çempionunun (norveçli Maqnus Karlseni nəzərdə tutur) qalib şahmatçı ilə oynayıb-oynamayacağına dair qərarını bilmirdik. Açığı, indi də bilmirik. Ona görə də nə üçün mübarizə apardığımız bəlli deyildi”.

Rəcəbov şahmatın fərqli idman növü olduğunu vurğulayıb: “Düşünürəm ki, hər birimiz həyatda, yəqin, başqa idman növlərində də özümüzü sınamışıq. Məncə, şahmat fərqlidir Məsələn, oyun zamanı qışqıra bilmərik. Hətta mən, deyək ki, piyadanı atanda belə, rəqib deyə bilər ki, fikrimi yayındırırsan. Futbolda rəqibə, hər kəsə, hətta vaxtaşırı məşqçilərə də az-çox nə istəsən, deyə bilərsən. Biz isə elə sakit bir mühitdəyik ki, yaxşı hərəkətimizi belə, kamera qarşısında qeyd edə bilmirik”.

Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi rusiyalı Yan Nepomnyaşi olub.

terefsiz.az