Azərbaycanı Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə təmsil edən cüdoçu Səid Mollayi final görüşünə çıxıb.
“Terefsiz.az”ın məlumatına görə, 31 yaşlı idmançı həlledici qarşılaşmada braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb.
Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub. Medallardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc olub.
terefsiz.az