Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub

0
115

İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

terefsiz.az