“Tarqovu”da kanalizasiyada yanğın oldu

0
110

Bakının mərkəzində kanalizasiyada yanğın olub.

“Terefsiz.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış “Tarqovu” kimi tanınan Nizami küçəsində baş verib.

Belə ki, küçədə kanalizasiya quyularından birinin dəmir qapağı ataraq kənara sıçrayıb. Daha sonra kanalizasiya quyusu yanmağa başlayıb. Quyunun yaxınlığındakı binada işıqlar sönüb. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub. Dərhal ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib.

İlkin ehtimala görə, hadisəyə səbəb quyuya qaz yığılması olub.

Hadisə ilə bağlı DİN məlumat yayıb:

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

https://youtube.com/shorts/SPZazoAfV2I?feature=share

 

terefsiz.az