Ukraynada Polşa vətəndaşlarına xüsusi status verilə bilər

0
152

Polşa Prezidenti Anjey Duda bildirib ki, Ukrayna lideri Volodimir Zelenski polşalılara xüsusi statusun verilməsi ilə bağlı qanun layihəsini Ali Radaya təqdim edib.

Bu barədə “Terefsiz.az” “TASS”a istinadən xəbər veirr.

Bu gün Ukrayna bu addımı ilə, Prezidentin jesti ilə simvolik dəvət verir və deyir: “Siz xüsusi hüquqlarla buradasınız, xoş gəlmisiniz. Bu, danışmağı çətin olan işlərdə bizim üçün bir işarə olsun”, – deyə Duda bildirib.

Yeni qanuna əsasən, Polşa vətəndaşları qanuni olaraq 18 ay Ukraynada qala biləcəklər. Ukrayna dövlət başçısının təşəbbüsü ilə hazırlanmış qanun layihəsi, xüsusən, Polşa vətəndaşlarına və onların ailə üzvlərinə qanunun qəbul edildiyi gündən 18 ay müddətində Ukrayna ərazisində qalmaq imkanının təmin edilməsini nəzərdə tutur.

Polşalılar, həmçinin Ukrayna qanunvericiliyinə uyğun olaraq məşğulluq, iqtisadi fəaliyyət, təhsil müəssisələrində oxumaq, Ukrayna ərazisində tibbi xidmət və müəyyən sosial imtiyazlar əldə edəcəklər.

terefsiz.az