Ukrayna İtaliyadan 200 milyon avro faizsiz kredit alacaq

0
58

Ukrayna İtaliyadan 200 milyon avro məbləğində faizsiz kredit alacaq.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında yayılan məlumatda deyilir.

Maliyyə Nazirliyindən bildirilib ki, vəsait ümumi orta təhsil müəssisələrinin müəllimlərinin əməkhaqlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Kredit 15 il müddətinə verilir. Nazirlikdən bildirilib ki, kreditin istifadəsinə görə faiz hesablanmır.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Beynəlxalq Valyuta Fondu Qərb ölkələrinin Kiyevə yardımının köçürülməsi üçün ayrıca inzibati hesab yaradıb. O, həmçinin bildirib ki, Kiyev hər ay tərəfdaşlardan 5 milyard dollar alacağını gözləyir.

terefsiz.az