“Heathrow” aeroportu aviaşirkətlərdən bilet satışını dayandırmağı istəyib

0
61

Dünyanın ən sıx hava limanlarından biri olab Londonun “Heathrow” beynəlxalq hava limanı aviaşirkətlərdən sərnişin axınının çoxluğuna görə yay üçün bilet satışını dayandırmağı xahiş edib.

“Terefsiz.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə aeroportun saytında məlumat verilib.

Hazırda aeroportun sərnişin ötürücülüyü orta hesabla gündə 104 min nəfər təşkil edir. Administrasiyanın dəyərləndirməsinə görə, “Hitrou”nun hazırkı imkanları onun gündə 100 mindən çox sərnişinə xidmət göstərməsinə imkan vermir.

Bu səbəbdən də hava limanının administrasiyası olaraq tərəfdaş aviaşirkətlərdən sərnişinlərə təsiri məhdudlaşdırmaq üçün yay dövründə bilet satışını dayandırmağı xahiş edirik”, –Heathrow”un direktoru Con Holland-Key bildirib.

Hava limanı rəhbərliyi onu da qeyd edib ki, ötən ilin noyabr ayından etibarən fəal şəkildə yeni əməkdaşları işə qəbul ediblər və iyulun sonunda “Hitrou” təhlükəsizlik departamentində işçilərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatacaq. Bununla belə, yeni işçilərin hazırlanması prosesi kifayət qədər sürətli deyil və hava limanı sərnişinlərə xidmət keyfiyyətini “qurban verməyə” hazır deyil.

terefsiz.az