Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütləri bəlli olub

0
68

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

“Terefsiz.az”ın məlumatına görə, cütlərin tərkibi I təsnifat mərhələsinin cavab görüşlərindən sonra aydın olub.

Növbəti raundda Çempionlar Yolunda 10, Liqa Yolunda 2 cüt üz-üzə gələcək. Azərbaycan çempionu “Qarabağ” İsveçrə “Sürix”inə rəqib olub.

Çempionlar Yolu

“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa Yolu
“Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə)

Qeyd edək ki, ilk oyunlar 19-20 iyulda, cavab görüşləri 26-27 iyulda olacaq.

terefsiz.az