Rusiyan Ukraynanın Vinnitsa şəhərini raket atəşinə tutub,22 ölü 100-dən çox yaralı var

0
62

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər ölüb, 100-ə yaxın sakin yaralanıb.

“Terefsiz.az” “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Bildirilib ki, 39 nəfərin taleyindən hələ ki xəbər yoxdur və axtarışları davam etdirilir.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.

Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri  üzrə cinayət işi başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Vinnitsa şəhəri Rusiyanın Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketi ilə vurulub.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.

Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.

İyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.

terefsiz.az