Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin inşası 2022-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Business Media” nəşri yazıb.
Gürcüstan ərazisində layihəyə cavabdeh olan “Marabda-Kartsaxi” MMC-nin maliyyə hesabatına istinadla qeyd edilib ki, tikinti işlərinin yekunlaşdırılması ilə bağlı yeni tarix bu ilin fevralın 24-də İkitərəfli Koordinasiya Şurasının 32-ci toplantısında razılaşdırılıb.
Sənədə əsasən, BTQ layihəsinin tam başa çatdırılmasından sonra ilk mərhələdə 5 milyon ton yükün daşınacağı təxmin edilir.
Hesabatda vurğulanıb ki, dəmir yolunun Gürcüstan hissəsindəki Axalkalaki stansiyasında konteynerlər və müxtəlif növ yüklərə xidmətlərin göstərilməsi üçün infrastruktur yaradılıb.