Aİ-nin XİN başçıları Ukraynaya hərbi yardımı, Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edəcəklər

0
93

Aİ-nin XİN başçıları Ukraynaya hərbi yardımı, Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edəcəklər

Bu gün Brüsseldə toplanacaq Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurası Ukraynadakı vəziyyətlə bağlı üç istiqamətdə işləməyi planlaşdırır: Ukraynaya dəstək, Rusiya Federasiyasına qarşı sanksiyalar, münaqişənin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Aİ-dəki mənbə bildirib.

“Birinci hissədə Ukraynaya əlavə hərbi dəstək müzakirə olunacaq”, – Aİ-nin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi nazirlərin görüşünün gündəliyi ilə bağlı jurnalistlərə bildirib.

“Sanksiyalar üzrə (Rusiyaya qarşı – red) diskussiya olacaq. Biz bir sıra tədbirlər hazırlayırıq”, – Aİ rəsmisi qeyd edib. Şura həmçinin videobağlantı vasitəsilə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı ölkədəki vəziyyətlə bağlı dinləyəcək.

Kiyevə hərbi yardıma gəlincə, Brüssel Aİ Şurasından Avropa Şurasının təlimatlarına uyğun olaraq beşinci tranş üzrə üzv ölkələrin “siyasi qərarını” gözləyir. “Yəni, üzv dövlətlər Avropa Sülh Fondunun mümkün beşinci tranşına yol açmalıdırlar. Bazar ertəsi qərar, əlbəttə texniki baxımdan verilməyəcək, lakin biz uyğun siyasi qərar əldə edə biləcəyik”, – yüksək rütbəli mənbə bildirib.

“Bazar ertəsi sanksiyalarla bağlı hər hansı qərar gözləmirik”, – o əlavə edib.

terefsiz.az