Azərbaycanın strateji valyuta ehtiyatları $53 milyarda çatdı

0
91

30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə nisbətən 0.63% artaraq 45 milyard 306.8 milyon ABŞ dolları təşkil edib.

“Terefsiz.az” “Banker.az”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Fondundan bildirilir.

İlin əvvəli 45 milyard 025.1 milyon dollar idi.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının 7 milyard 371.9 dollar olduğunu nəzərə alsaq, Azərbaycanın 1 iyul 2022-ci il tarixinə strateji valyuta ehtiyatları 52 milyard 678.7 milyon dollar olur.

İlin əvvəli isə Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard 100.1 milyon dollar idi.

terefsiz.az