Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.
“Terefsiz.az” “APA”ya istinadən xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Qasımov Faiq Siyasət oğlu qapısını döyən qonşusuna irad bildirib.
Qonşuluğunda yaşayan şəxs səhvən onun qapısını döydüyünü bildirib.
Daha sonra F.Qasımova iki bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.