Çempionlar Liqası: “Fənərbağça”dan qolsuz heç-heçə, “Ferentsvaroş” evdə uduzub

0
125

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Terefsiz.az”ın məlumatına görə, son oyun günündə 5 qarşılaşma baş tutub.

“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivini sınağa çəkib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı meydan sahibləri açsalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər.

Türkiyə təmsilçisi “Fənərbağça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.

HİK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə heç-heçə edib.

Nəhayət, günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”la qolsuz sülhə razılaşıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyunlar

20:00. HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya) – 1:2

Qollar: Boyan Raduloviç, 50 – Tomaş Hori, 6 (pen.). Yan Kopits, 57

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) – 1:1

Qollar: Dolev Haziza, 90+2 – Filip Sinkernagel, 7

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) – 1:2

Qollar: Kristoffer Zakariassen, 70 – Quram Kaşiya, 81. Tiqran Barseqyan, 86

22:00. “Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) – 0:0

22:15. “Maribor” (Sloveniya) – “Şerif” (Moldova) – 0:0

Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 26-sı və 27-də keçiriləcək.

terefsiz.az