Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayan şəxsə hökm oxunub

0
277

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Terefsiz.az -ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.İsgəndərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da çıxışında onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. C.İsgəndərov rayonun Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova və onun qızı Leyla İsgəndərovanı bıçaqlayıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, cütlüyün birgə nikahından 3 aylıq qız övladı var.

İstinad: Report.az

Terefsiz.az