Nensi Pelosi Tayvandan bəyanat verib: “Səfərim ABŞ-ın Çin siyasətinə zidd deyil”

0
173

“Konqresin nümayəndə heyətimizin Tayvana səfəri ABŞ-ın dinamik inkişaf edən Tayvan demokratiyasını dəstəkləmək üzrə sarsılmaz öhdəliyinə hörmətlə yanaşır”.

“Terefsiz.az” xəbər verir ki, bunu hazırda Tayvanda olan ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi tviterdə yazıb.

“Bura ziyarətimiz Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean hövzəsinə səfərimizin bir hissəsidir – əsas diqqət qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçilikdir. Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır.

Bizim səfərimiz Tayvana Konqresin bir neçə nümayəndə heyətlərindən gəlişindən biridir və bu, 1979-cu ildə Tayvan Münasibətləri Aktı, ABŞ-Çin Birgə Kommunikələri və Altı Təminat əsasında rəhbər tutulan Birləşmiş Ştatların uzunmüddətli siyasətinə heç bir şəkildə zidd deyil. Birləşmiş Ştatlar status-kvonu dəyişdirmək üçün birtərəfli səylərə qarşı çıxmaqda davam edir”, – siyasətçi qeyd edib.

terefsiz.az