Laçında həlak olan hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib

0
142

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.

“Terefsiz.az” xəbər verir ki, şəhid bu gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

terefsiz.az