Azərbaycanda şübhəli saytlarla bağlı “qara siyahı”

0
394
Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “blacklist.gov.az” informasiya resursunu təqdim edəcək.
Bu barədə Qaynarinfo-ya Mərkəzdən bildirilib.  Söhbət insanları zərərli kontentlərdən qoruyan resursdan gedir ki, onun digər əsas funksiyalarından biri istifadəçi IP-lərinin virusa yoluxması barədə məlumatlandırması olacaq.
“Burada insanları hədəfə alan, özündə zərərli məzmun saxlayan resursların siyahısı yerləşdiriləcək. İstifadəçilər özləri də şübhə doğuran saytlarla bağlı şikayət yollaya biləcəklər”, – deyə Mərkəzdən bildirilib.