İsrail “İslam cihadı”n yüksək rütbəli komandiri Xalid Mənsurun öldüyünü açıqlayıb.
Bu barədə “Terefsiz.az” “Times of Israel”ə istinadən xəbər verir.
Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edib.
Mənsurla birlikdə “İslam cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb.
Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub.