Azərbaycan İslamiadada 13-cü qızıl medalı qazanıb

0
118

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

“Terefsiz.az” xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda bütün rəqiblərini geridə qoyub.

Yığmanın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə çıxışı isə 29,950 xala layiq görülüb. Milli iki çıxışın cəmində 62,700 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın İslamiadadakı 13-cü qızıl medalıdır.

terefsiz.az