Sosial şəbəkələrdə, o cümlədən feysbuk və teleqram kanallarda ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videogörüntülər yayılıb.
“Terefsiz.az” xəbər verir ki, kadrlarda Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.
Onlardan biri barbar əməlinə kəndin Azərbaycana geri qayıtması ilə haqq qazandırıb, evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən Müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar.