“Elm və Təhsil Nazirliyi ilə bağlı qərar təhsil sahəsində aparılan dərin islahatdır. Bəzən bildirirlər ki, bu qərar AMEA-nın ləğvidir. Lakin belə deyil”.
“Terefsiz.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hər iki qurum öz nizamnamələrini hazırlayır:
“Növbəti aylar ərzində yeni yaradılan dövlət agentlikləri ilə bağlı ətraflı məlumatlar vermək mümkün olacaq“.