Cəlilabadda 70-ə yaxın ağac kəsilib.
Bu barədə “Report”un Muğan bürosuna rayonun Qamışlıgöl kənd sakinləri məlumat verib.
Sakinlər bildirib ki, ağaclar son bir neçə gün ərzində kəsilib: “Təxminən 70-ə yaxın ağac kəsiblər. Kəsilən ağaclar əsasən Palıd, yemişan və digər ağaclarıdır. Ümumi ərazi 3 hektara yaxındır”.
Məsələ ilə bağlı Ekologiya və təbii sərvətlər nazirliyindən bildirilib ki, fakt araşdırılır və əlavə məlumat veriləcək.