Bərdədə zorakılığa məruz qalan yeniyetmə reabilitasiyaya cəlb olunacaq

0
97

Bərdədə zorakılığa məruz qalan yeniyetmə reabilitasiyaya cəlb olunacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdədə cinsi zorakılığa məruz qalmış 14 yaşlı qızla görüşüb.“Terefsiz.az” xəbər verir ki, bu barədə Komitə feysbuk səhifəsində bildirilib.

Bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.

Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilərək müvafiq söhbət aparılmış və 15 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilib. Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi başlanılıb.

terefsiz.az