Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2021-ci ili 5,514 milyon manat zərərlə başa vurub. Qurum 2020-ci ildən 7,447 milyon manat xalis zərərlə çıxmışdı.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, son nəticədə idarənin yığılmış zərəri 23,7% artaraq 28,735 milyon manata çatıb
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 13,752 milyon manat (əvvəlki ilə nisbətən 7,2% çox), digər gəlirləri 86 min manat (83% çlox), insan resursları üzrə xərcləri 11,249 milyon manat (12,2% çox), amortizasiya və köhnəlmə xərcləri 5,451 milyon manat (20,7% az), inzibati və sair əməliyyat xərcləri 2,646 milyon manat (21,7% az), xarici valyuta əməliyyatları üzrə xalis zərəri isə 7 min manat (6,4 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 358,143 milyon manat olub ki, bu da illik müqayisədə 1,7% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,4 % azalaraq 14,283 milyon manata, balans kapitalı isə 1,6% azlaaraq 343,86 milyon manata düşüb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.