“Sinkfild Kuboku”: Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

0
89

Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun  da iştirak etdiyi “Sinkfild Kuboku” başa çatıb.

“Terefsiz.az” xəbər verir ki, Məmmədyarov yarışın son turunda Levon Aronyanla (ABŞ) heç-heçə edib.

“Grand Chess Tour”un sonuncu mərhələsi olan turnirdə həmçinin Maksim Vaşye-Laqrav, Əlirza Firuzja (hər ikisi Fransa), Uesli So, Fabiano Karuana, Lenyer Dominqes, Levon Aronyan, Hans Niemann (hamısı ABŞ-dan) və Yan Nepomnyaşi (Rusiya) iştirak edirlər.

Qeyd edək ki, yarışda üç turdan sonra püşkatmadan geri çəkilən və oynadığı oyunların nəticələri ləğv edilən Maqnus Karlsen (Norveç) də iştirak edib.

“Terefsiz.az” digər görüşlərin nəticələrini təqdim edir:

So – Dominguez 0,5:0,5

Vaşye-Laqrav – Firuzja 0,5:0,5.

Yan Nepomnyaşi – Hans Niemann 0,5:0,5

Beləliklə yarışın qalibi Əlirza Firuzja(Fransa) olub o 8 turdan sonra aktivinə 5 xal yazdıra bilib,onunla eyni xalı toplayan rus şahmatçı Yan Nepomnyaşi isə ikinci yeri tutub.Həmyerlimiz isə 9 nəfər arasında 8-ci ola bilib,son turdakı heç-heçəsindən sonra aktivdəki xalları 3-ə çatdıran Məmmədyarov,yarışda təkcə fransız şahmatçı Maksim Vaşye-Laqrav-ı qabağlaya bilib.

terefsiz.az