Şoumen Cem Yılmaz növbəti “stand up” şousu üçün səhnəyə çıxıb.
Terefsiz.az-ın məlumatına görə, aktyorun qəfildən halı pisləşib. Özünü yaxşı hiss etməyən Yılmaz şousuna fasilə verərək, səhnə arxasına keçib.
Əvvəlcə məkanda olanlar Cemin pisləşməsinə inanmayıblar, onlar bunu zarafat hesab ediblər. “Həqiqətən yaxşı deyiləm” deyən Cemə, yanındakılar kömək ediblər.
20 dəqiqə fasilədən sonra aktyor yenidən səhnəyə qayıdıb. Onun təzyiqinin düşdüyü bildirilib.
Terefsiz.az