Azərbaycan Ordusu bir sıra strateji yüksəkliyi nəzarətə götürüb

0
82

Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəklik nəzarətə götürülüb.

“Terefsiz.az”ın xəbərinə görə, sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəklik nəzarətə götürülüb.

terefsiz.az