Ərdoğan ŞƏT-ə üzv olmağı hədəflədiklərini açıqladı

0
109

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağı hədəflədiklərini bildirib.

“Terefsiz.az” Ərdoğan bu haqda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısından sonra jurnalistlərə açıqlamasında danışıb.

Prezident Ərdoğan Asiya qitəsinin qlobal iqtisadiyyatda oynadığı rolunun əhəmiyyətini vurğulayıb:

Təşkilatın coğrafiyasında 3,2 milyard insan yaşayır. Təşkilatın üzvləri 20 trilyon dollarlıq iqtisadi böyüklüyü ilə, qlobal ümumi daxili məhsulun yüzdə 30-dan çoxunu istehsal edir. Yenidən Asiya Təşəbbüsü çərçivəsində qitə ölkələri ilə əməkdaşlığımızı ikitərəfli və çoxtərəfli səviyyədə daha da inkişaf etdirmək istəyi birmənalı deyil”.

terefsiz.az