Əhliman Əmiraslanov: “İnsanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır”

0
100

Ölkədə insanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır.

“Terefsiz.az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, hətta qiymətlər qardaş Türkiyə ilə müqayisədə kifayət qədər yüksəkdir:

“Dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problemlər var. Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və bizə təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

terefsiz.az