İranın daxili işlər naziri: “İğtişaşçılar məsuliyyətə cəlb ediləcək”

0
80

İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək.

“Terefsiz.az” “Al-Manar” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi bildirib.

“Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar”, – nazir deyib.

İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. Onun sözlərinə görə, tibbi rəydə qızın döyülmədiyi, kəllə sümüyünün sınığı aşkar edilmədiyi bildirilir.

Qeyd edək ki, İranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfində qətlə yetirilib. Bu cinayətə qarşı ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilib.

terefsiz.az