EBRD Azərbaycan iqtisadiyyatının bu il 4,5 % böyüyəcəyini proqnozlaşdırır

0
81

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) bu il 4,5 % artacağını proqnozlaşdırır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə bankın “Regional İqtisadi Perspektivlər” hesabatının sentyabr sayında bildirilib. Bu, hesabatın mart sayı ilə müqayisədə 0,5 faiz bəndi azdır.

Sənədə əsasən, 2023-cü ildə EBRD Azərbaycan iqtisadiyyatının 2,5 % artacağını gözləyir. Bu, mart proqnozu ilə eynidir.

EBRD Azərbaycanın daxil olduğu Sərqi Asiya və Qafqaz regionunu iqtisadiyyatının bu il 17,8 % kiçiləcəyini, gələn il isə 6,2 % böyüyəcəyini proqnozlaşdırır.

terefsiz.az