Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.
“Terefsiz.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.
Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.
Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.