Türkiyədə daş kömür mədənində partlayış baş verib: 20-dən artıq insan həyatını itirib

0
108

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

“Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 22 nəfərə çatıb”.

“Terefsiz.az” xəbər verir ki,bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

Onun sözlərinə görə, yaralılardan 8-nin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Nazir əlavə edib ki, iki təcili yardım təyyarəsi reanimasiya xəstələrindən birini Ankaraya, beşini isə Başakşehir Çam və Sakura Xəstəxanasının yanıq mərkəzinə aparıb.

Energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib ki, partlayış baş verən mədəndə havalandırma sistemi işləyir. Xilasedicilər mədən işçilərindən 49 nəfərin yerləşdiyi bölmələrə çatmağa çalışırlar. Mədəndə yanğın yoxdur. Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.

terefsiz.az