Ukrayna Prezident Ofisi: “Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”

0
65

“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.

“Terefsiz.az” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.

M.Podolyakın fikrincə, rəsmi Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.

Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.

terefsiz.az